Xəbərlər


Şahmatçımız Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək qalib olub

"Neftçi İdman Klubu"nun  şahmatçısı Teymur Rəcəbov "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabı ilə məğlub edərək qalib olub.
Təmsilçimiz final mərhələsinin cavab matçında rəqibi Levon Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan şahmatçımız turnirdə liderliyə yüksəlib.
Xatırladaq ki, T.Rəcəbov dünən keçirilmiş birinci matçda rəqibini 2,5:1,5 hesabıyla məğlub edib.
Qeyd edək ki, "Airthings Masters” turnirinin seçmə mərhələsində 6 xal toplayan  şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşin, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniyel Dubov üzərində qələbə qazanıb.