Xəbərlər


Klubumuzun cüdoçuları Avropa çempionatından 5 medalla dönür

Noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürən cüdo üzrə Avropa çempionatına yekun vurulub. 
Azərbaycan millisi  mötəbər yarışı 5 medalla başa vurub.
Sevindirici haldır ki, əldə olunan bütün medalları ölkəmizə "Neftçi İdman Klubu"nun təmsilçiləri qazandırıblar. Çempionatın sonuncu günündə yarışa qatılan İrina Kindzerska (+78 kq) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə fransalı rəqibi Romane Diskoya məğlub olub və nüfuzlu turnirin gümüş medalına layiq görülüb. Digər cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) Türkiyə təmsilçisi Mikayıl Özerlerini, Zelim Kotsoyev (100 kq) isə bolqarıstanlı Boris Georgiyevi bürünc medal uğrunda döyüşdə məğlub edərək üçüncü yeri tutublar. Bununla da, klubumuzun yetirmələrinin qitə çempionatında qazandıqları  medalların sayı 5-ə yüksəlib.
Xatırldaq ki, mötəbər yarışın əvvəlki günlərində cüdoçularımızdan Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov isə bürünc medala sahib olub.
Azərbaycan komandası Avropa çempionatını 4-cü pillədə başa vurub.
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 345 idmançı  bacarığını nümayiş etdirib.
Klubumuzun cüdoçuları Avropa çempionatından 5 medalla dönürKlubumuzun cüdoçuları Avropa çempionatından 5 medalla dönürKlubumuzun cüdoçuları Avropa çempionatından 5 medalla dönür
Klubumuzun cüdoçuları Avropa çempionatından 5 medalla dönür
Klubumuzun cüdoçuları Avropa çempionatından 5 medalla dönür
Klubumuzun cüdoçuları Avropa çempionatından 5 medalla dönür