Xəbərlər


Avropa çempionatında daha bir medal

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. 
Qitənin 40 ölkəsindən 345 idmançının qalib adı uğrunda mübarizə apardığı və noyabrın 21-də sona yetəcək mötəbər yarışda "Neftçi İdman Klubu"nun daha bir təmsilçisi mükafata layiq görülüb. Yetmiş üç kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Rüstəm Orucov bürünc medala yiyələnib. İdmançımız 3-cü yer  uğrunda görüşdə isveçrəli Nils Stamp üzərində qələbə qazanıb. 
Qeyd edək ki, çempionatın ilk günü  klubun digər yetirməsi Orxan Səfərov qızıl medala sahib olub.
Avropa çempionatında daha bir medalAvropa çempionatında daha bir medalAvropa çempionatında daha bir medal
Avropa çempionatında daha bir medal