Xəbərlər


Cüdoçumuz Orxan Səfərov Avropa çempionatının qalibi olub

Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. 
"Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində yer alan yetirməsi Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medala sahib olub. Mötəbər yarışda italiyalı Manuel Lombard, slovakiyalı Matej Poliak, almaniyalı Sebastian Seidl üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Serbiya cüdoçusu Strahinja Buncıcə də qalib gəlib və finala yüksəlib. Həlledici görüşdə İsrail cüdoçusu Tal Fliker üzərində də inamlı qələbə qazanan Orxan Səfərov Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, qitənin 40 ölkəsindən 345 idmançının mübarizə apardığı və  ölkəmizin  ümumilikdə 14 cüdoçu ilə təmsil olunduğu nüfuzlu turnir noyabrın 21-də başa çatacaq.
Cüdoçumuz Orxan Səfərov Avropa çempionatının qalibi olubCüdoçumuz Orxan Səfərov Avropa çempionatının qalibi olubCüdoçumuz Orxan Səfərov Avropa çempionatının qalibi olub
Cüdoçumuz Orxan Səfərov Avropa çempionatının qalibi olub
Cüdoçumuz Orxan Səfərov Avropa çempionatının qalibi olub