Xəbərlər


"Qaradağ Lökbatan" "Kəpəz"lə heç-heçə etdi

Azərbaycan I Divizionunda V turun oyunları keçirilib. "Qaradağ Lökbatan" bu tur çərçivəsində Gəncənin "Kəpəz" komandasını qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşmada qol səsi eşidilməyib. Matç tərəflərin qarşılıqlı hücumları ilə müşayiət olunsa da, komandalardan heç biri fərqlənə bilməyib. Sonda "Qaradağ Lökbatan" qazandığı xalların üzərinə daha birini əlavə edib.