Xəbərlər


"Qaradağ Lökbatan" Sumqayıtdan bir xalla döndü

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda IV turun oyunları keçirilib. Bu turda "Qaradağ Lökbatan"  "Sumqayıt-2" komandasının qonağı olub. Sumqayıtda "Kapital Bank Arena"nın ehtiyat meydançasında təşkil olunan qarşılaşma   1-1 hesabı ilə yekunlaşıb. Matçın 37-ci dəqiqəsində hakim komandamızın qapısına penalti zərbəsi təyin edib. Rəqibin heyətində Nurlan Quliyev  penaltini  dəqiq yerinə yerirərək komandasını önə çıxarıb. Bu ilk hissədə qapılara vurulan yeganə qol olub. Fasilədən sonra aktivliyini bir qədər də artıran "Qaradağ Lökbatan"  62-ci dəqiqədə hesaba tarazlıq gətirib. Futbolçumuz Elşən Veysov adını tabloya yazdırıb - 1:1. Oyun elə bu hesabla da başa çatıb və komandalar hərəyə bir xalla kifayətlənib.