Xəbərlər


Macarıstan "Böyük dəbilqə"sindən daha bir medal

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinə yekun vurulub. Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən mötəbər yarışda 61 ölkədən 409 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Turnirin sonuncu günü "Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində təmsil olunan yetirməsi  Məmmədəli Mehdiyev  tatami üzərinə çıxıb. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən  cüdoçumuz bürünc medala layiq görülüb. O, üçüncü yer uğrunda qarşılaşmada Niderland təmsilçisi Noel Van Endi məğlub edib.

Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində klubumuzun digər idmançılarından Rüstəm Orucov(73 kq) qızıl, Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.