Xəbərlər


Cüdoçumuz "Böyük dəbilqə" turnirində medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə  "Böyük dəbilqə” turnirinə start verilib. Yarışın birinci günündə   "Neftçi İdman Klubu"nun yetirməsi Orxan Səfərov bürünc medala  sahib olub. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız əvvəlcə niderlandlı İvo Verhorstert, daha sonra gürcüstanlı Baqrati Naniaşvili və monqolustanlı Erhembayar Battoqtoha qalib gəlsə də, yarımfinalda rusiyalı Yakob Şamilova məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə özbəkistanlı Sardor Nurillayev üzərində qələbə qazanaraq 3-cü yeri tutub. Bununla Orxan Səfərov Tokio Olimpiadasına reytinq xalları da əldə edib.
Qeyd edək ki, 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarış oktyabrın 25-dək davam edəcək.