Xəbərlər


İki cüdoçumuz Avropa reytinq cədvəlində liderdir

Avropa Cüdo İttifaqı idmançıların yeni reytinq cədvəlini açıqlayıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin şərəfini qoruyan iki təmsilçisi öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb. Cüdoçularımızdan Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) bütün rəqiblərini qabaqlayaraq liderliyə yüksəliblər. Qeyd edək ki, 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medala layiq görülüb. Klubun daha iki cüdoçusu Avropa reytinq cədvəlində ilk onluğa düşməyə müvəffəq olub. Onlardan Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 6-cı pillədə qərar tutub.