Xəbərlər

Kiçikyaşlı futbolçularımız hazırlıqları davam etdirirlər

"Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin yetirmələri AFFA-nın 2020-2021-ci il mövsümündə aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda mübarizə aparmaq üçün hazırlıqları davam etdirirlər. Həmişə olduğu kimi, bu mövsümdə də klubumuz Azərbaycan birinciliyində bütün yaş qrupları üzrə iştirak edəcək. Uşaq Futbol Məktəbinin seleksiya məqsədi ilə təşkil etdiyi məşqlər və yoxlama oyunları məktəbin direktoru Məhərrəm Həsənovun rəhbərliyi altında Lökbatanda yerləşən Qaradağ Təlim-İdman Bazasında və Suraxanı Olimpiya Təlim-İdman Kompleksində keçirilir.

Məşqlər Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq aparılır. Belə ki, hər gün məşq və oyunlardan öncə uşaqların temperaturu yoxlanılır, spirt və qoruyucu vasitələrdən istifadə olunmaqla soyunub-geyinmə otaqları dezinfeksiya edilir. Bütün yaş qruplarında COVİD-19-dan müdafiə qaydalarına yüksək səviyyədə riayət olunur.

Qeyd edək ki, klubumuz aşağı yaş qrupları üzrə ölkə birinciliyində 15 komanda ilə təmsil olunacaq. Onlardan 9-u paytaxtda, 4-ü Ağsuda, 1-i Siyəzəndə və 1-i isə Neftçala rayonunda mübarizə aparacaq.

Kiçikyaşlı futbolçularımız hazırlıqları  davam etdirirlərKiçikyaşlı futbolçularımız hazırlıqları  davam etdirirlərKiçikyaşlı futbolçularımız hazırlıqları  davam etdirirlər