Xəbərlər


Teymur Rəcəbov dünya üçüncüsü oldu

Almaniyanın paytaxtı Berlində sürətli şahmat üzrə dünya çempionatı davam edir. Rapid növü üzrə yarışlar başa çatıb.

"Neftçi İdman Klubu"nun zəka sahibi Teymur Rəcəbovun da qatıldığı yarışda 15 turun yekununda norveçli Maqnus Karlsen 11,5 xalla dünya çempionu olub. Rusiya şahmatçısı Yan Nepomnyaşi və Teymur Rəcəbov ondan 1 xal az toplayıblar. Əlavə göstəricilərə görə Nepomnyaşi 2-ci, Rəcəbov isə 3-cü yeri tutub.