Xəbərlər


Atletika üzrə Bakı çempionatı keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatına yekun vurulub. Səkkiz komandanın qatıldığı yarışda 90-a yaxın atlet qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirməsi Məmmədağa Məmmədov kişilər arasında təşkil olunan uzunluğa tullanma yarışlarında 5,97 metr nəticə göstərərək altıncı pillədə qərarlaşıb.