Xəbərlər


“Qaradağ Lökbatan” komandası hazırlıqları davam etdirir

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparacaq "Qaradağ Lökbatan” komandası hazırlıqları davam etdirir. Baş məşqçi Nazim Əliyevin rəhbərliyi altında pandemiya qaydalarına tam əməl etməklə Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan və seleksiya xarakteri daşıyan məşqlər oktyabrın 1-dək davam edəcək. Bu müddət ərzində komandanın tam komplektləşməsi planlaşdırılır.

Qeyd edək ki, ”Qaradağ Lökbatan”  mövsümün ilk turunda oktyabrın 2-də MOİK-lə üz-üzə gələcək. Görüşə ev sahibliyi edəcək komandamız rəqibini Lökbatanda qarşılayacaq.