Xəbərlər


Ruslan Lunyov Avropa kubokunun dördüncü mərhələsinin qalibi olub

Danimarkanın Orxus şəhərində güllə atıcılığı üzrə Avropa kubokunun dördüncü mərhələsi keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında qızıl medala sahib olub. Güllə atıcımız bu nəticəyə 580 xal toplamaqla nail olub.

Xatırladaq ki, Ruslan Lunyov "Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqəni Avropa çempionatında qazanıb. O, İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında uğurla çıxış edərək 587 xalla liderliyə yüksəlib.