Xəbərlər


Şahmatçımız Gülnar Məmmədova bürünc medala layiq görülüb

 

"Neftçi İdman Klubu”nun yetirməsi Gülnar Məmmədova qadınlar arasında keçirilən şahmat üzrə respublika çempionatında bacarığını nümayiş etdirib. Şahmatçımız doqquz turdan ibarət olan və dairəvi sistem üzrə keçirilən turnirdə 6 xal toplayaraq Azərbaycan çempionatının bürünc medalına sahib olub.