Xəbərlər


Pərviz Bağırov Olimpiadaya lisenziya qazandı

Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun boksçusu, birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 kq) yarımfinal mərhələsində dünya çempionu, qazaxıstanlı Daniyar Yeleusinovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə yekunlaşıb. Buna baxmayaraq, idmançımız Rio Olimpiadasına lisenziya əldə edib. 69 kq çəki dərəcəsində finala vəsiqə qazanan Muhammed Rabii WSB liqasından Olimpiadaya lisenziyaya sahib olduğundan, Pərviz Bağırov dünya çempionatından verilən 3 vəsiqədən birinə yiyələnib. Ancaq boksçumuz oktyabrın 15-də Çin təmsilçisi Liu Ve ilə 3-cü yer uğrunda görüşə çıxacaq.