Xəbərlər


Güllə atıcımız Ruslan Lunyov Avropa çempionatında mübarizə aparıb

Polşanın Vrotslav şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib.

Mötəbər yarışda kişilər arasında Azərbaycanı "Neftçi İdman Klubu”nun yetirməsi Ruslan Lunyov təmsil edib. Qitə çempionatında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında idmançımız 578 xalla 18-ci pillədə qərar tutub.