Xəbərlər


Kiçikyaşlı boksçularımız ölkə birinciliyində

 

Respublika Boks Mərkəzində keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. 15-16 yaşlı yeniyetmə boksçular arasında təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə 282 idmançı medallar uğrunda mübarizə aparıb.

Turnirdə klubumuzun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər və 8 medala (3 qızıl, 2 gümüş, 3 bürünc) yiyələniblər. Onlardan Nihat Qurbanlı (46 kq), Səid Abdullayev (54 kq) və Kamal Abdullayev (+80 kq) məğlubiyyət tanımayaraq ölkə çempionluğunun sevincini yaşayıblar. Aslan Quliyevlə (54 kq) Qasım Qasımov (60 kq) gümüş, Tural Sarıyev (50 kq) Bəylər Bayramov (63 kq) və Rəmiş Cəfərov (80 kq) isə bürünc medala layiq görülüblər.

Kiçikyaşlı boksçularımız ümumi komanda hesabında ikinci yeri tutublar.