Xəbərlər


Gənc cüdoçularımız Azərbaycan birinciliyini 17 medalla başa vurublar

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində gənclər arasında cüdo üzrə respublika birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan  yarışda paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun gənc cüdoçuları 5-i qızıl, 6-sı gümüş, 6-sı bürünc olmaqla turnirin 17 medalına sahib olublar və ümumi komanda hesabında birinci yeri tutublar. Təmsilçilərimizdən Rəşad Məmmədov (55 kq), Vüqar Talıbov (81 kq), Cahangir Məcidov (90 kq), Vüsalə Kərimova (48 kq) və Fəridə Səfərova (57 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.