Xəbərlər


Şahin Qəhrəmanov Polşada gümüş medala sahib olub

Fevralın 29-da Polşanın paytaxtı Varşavada startı verilmiş cüdo üzrə açıq Avropa kubokuna yekun vurulub.

"Neftçi İdman Klubu”nun yetirməsi, 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Şahin Qəhrəmanov yarışda uğurla çıxış edib. İdmançımız yalnız həlledici final görüşündə məğlub olub və beynəlxalq turnirin gümüş medalına yiyələnib.

Qeyd edək ki, yarışda 40 ölkədən 407 cüdoçu mübarizə aparıb.