Xəbərlər


Məhəmməd Əhmədzadə qraplinq üzrə Avropa çempionatında medal qazanıb

"Neftçi İdman Klubu”nun təmsilçisi Məhəmməd Əhmədzadə İtaliyanın paytaxtı Romada keçirilən qraplinq üzrə Avropa çempionatında mükafata layiq görülüb. Doxsan iki kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız əzm nümayiş etdirərək mötəbər yarışın bürünc medalına sahib olub.

Məhəmməd Əhmədzadə qraplinq üzrə Avropa çempionatında medal qazanıb