Xəbərlər


Voleybol komandamız liderliyini davam etdirir

 

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

"Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan qarşılaşmada "Neftçi İdman Klubu”nun komandası "Ekspress”lə üz-üzə gəlib. Voleybolçularımızın aşkar üstünlüyü şəraitində keçən oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən komandamız xallarının sayını 21-ə çatdırıb və hazırda turnir cədvəlində liderliyini davam etdirir. "Xilasedici” 18 xalla ikinci, "Murov” isə 17 xalla üçüncü pillədə qərarlaşıb.