Xəbərlər


Nazim Babayev Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

 

"Neftçi İdman Klubu”nun atleti, Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə "Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində böyük uğura imza atıb. Yarışda üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 17,15 metr nəticə göstərərək gümüş medala layiq görülüb. Turnir bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün idmançımız bu nəticə ilə Tokio Olimpiadasına lisenziya qazanıb. Həmin göstəricisi ilə atletimiz həm də Olimpiya normativini yerinə yetirib.

Xatırladaq ki, Nazim Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qalib olmuşdu.