Xəbərlər


«Qaradağ Lökbatan» qələbə qazandı

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda V turun oyunları keçirilib.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” komandası "Bakılı”nın qonağı olub. Oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşsa da, komandamız fasilədən sonra rəqibə qarşı təzyiqi bir qədər də artırıb. Nəticədə "Qaradağ Lökbatan” matçın son 12 dəqiqəsində iki dəfə rəqib qapısına yol tapıb. Oyunun 78-ci dəqiqəsində Cavid Muxtarzadə fərqlənib. Bundan sonra hücumlarının kəsərini daha da artıran komandamız çox keçmədən rəqibini ikinci dəfə cəzalandırıb. Cavid Muxtarzadə 87-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb – 2:0.

Turnir cədvəlinin liderlərindən olan "Şəmkir”in "Bakı” ilə heç-heçəsindən yararlanan "Qaradağ Lökbatan” xal hesabında paytaxtın eyniadlı təmsilçisinə çatıb. Hazırda komandamız 10 xalla turnir cədvəlinin 4-cü sırasında qərar tutub.