Xəbərlər


Klubumuzun voleybol komandası turnir cədvəlində liderliyə yüksəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti matçlar keçirilib.

"Neftçi İdman Klubu”nun komandası "Sərhədçi” İdman Olimpiya Mərkəzində "Azərreyl”lə üz-üzə gəlib. Voleybolçularımız çətin keçən ilk hissədə rəqiblərinə 26:24 hesabı ilə qalib gəliblər. İkinci (25:17) və üçüncü hissədə (25:16) daha asan qələbə qazanan komandamız qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vuraraq turnir cədvəlində liderliyə yüksəlib.