Xəbərlər


Samboçularımız respublika birinciliyi və çempionatında

Bakı İdman Sarayında yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Klubumuzun yetirmələri ümumilikdə turnirin 28 medalını (9 qızıl, 9 gümüş, 10 bürünc) əldə ediblər. Yeniyetmə samboçularımızdan Kənan İsmayılov (60 kq), Elvin Əliyev (65 kq), gənclər arasında Kənan Babayev (57 kq), Vüqar Ağcayev (82 kq), kişilərdən isə Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Ceyhun Hüseynov (82 kq), Şirin Cavadzadə (90 kq) və Nizami Məmmədov (100 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Samboçularımız respublika birinciliyi və çempionatındaSamboçularımız respublika birinciliyi və çempionatında

Samboçularımız respublika birinciliyi və çempionatında