Xəbərlər


Cüdoçumuz Sahib Babayev Avropa kubokunda qızıl medal qazanıb

İspaniyanın Fuenxirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub. Turnirdə 23 ölkədə 500 cüdoçu (297 oğlan, 203 qız) bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Sahib Babayev mötəbər yarışda uğurla çıxış edib. Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün görüşləri qələbə ilə başa vuraraq Avropa kubokuna sahib olub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları turnirdə ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci, ümumu komanda hesabında isə 2-ci yeri tutub.