Xəbərlər


Gənc cüdoçularımız Bakı birinciliyini 12 medalla başa vurublar

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində 21 yaşadək gənclər arasında keçirilən cüdo üzrə paytaxt birinciliyinə yekun vurulub. Yarışda 25 komandanın tərkibində 217 idmançı çempionluq uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun gənc cüdoçuları birinciliyin 11 medalını (4 qızıl, 3 gümüş, 5 bürünc) qazanıblar. Təmsilçilərimizdən 90 kiloqram çəkidə çıxış edən Kamran Novruzov bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl medala sahib olub. Xanım idmançılarımızdan isə Əsma İbrahimova (44 kq), Vüsalə Kərimova (48 kq) və Firuzə Hacıverdiyeva (+78 kq) eyni uğura imza ataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.