Xəbərlər


Yeniyetmə və gənc güləşçilərimiz Bakı birinciliyində

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi sona yetib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri ümumilikdə yarışın 26 medalına (6 qızıl, 8 gümüş, 12 bürünc) sahib olublar.

Yeniyetmə yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (55 kq), Urfan Həsənli (65 kq) və Hüseyn Hüseynov (92 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sərbəst güləşçilərdən isə Əkbər Vəliyev (65 kq) eyni uğura imza atıb.

Gənc yunan-Roma güləşçilərinin mübarizəsində isə Elmir Əliyev (55 kq) və Xasay Həsənli (72 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələniblər.