Xəbərlər


Yeniyetmə samboçularımız Bakı birinciliyində 6 medal qazanıblar

Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında keçirilən sambo üzrə açıq paytaxt birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yetirmələri yarışın 6 medalına (2 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar. Samboçularımızdan 60 kiloqram çəkidə çıxış edən Rəvan Rüstəmli və Adil Adilzadə (81 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq Bakı çempionluğuna seviniblər. Teymur Teymurzadəylə (81 kq) Kazım Məhərrəmli (87 kq) gümüş, Çingiz Hüseynov (48 kq) və Məhəmməd Məmmədzadə (+87 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, paytaxt birinciliyində 10 çəki dərəcəsi üzrə 127 idmançı mübarizə aparıb.