Xəbərlər


«Neftçi İdman Klubu»nun güləşçiləri reytinq cədvəlində 1-ci və 2-ci sırada

Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Onlardan yeddisi "Neftçi İdman Klubu”nun yetirmələridir. Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev Las Veqasda keçirilən dünya çempionatında da qızıl medal qazanmaqla reytinqdəki mövqeyini daha da möhkəmləndirib. O, siyahıda ilk sırada qərarlaşıb. Dünya çempionatında yalnız finalda məğlub olan Rövşən Bayramov isə öz çəkisinin reytinq siyahısında ikinci pilləyə yüksəlib. Digər güləşçilərimiz Elvin Mürsəliyev, Elman Muxtarov, Həsən Əliyev, İslam Abbasov və Orxan Nuriyev isə müvafiq olaraq 5-ci, 12-ci, 12-ci, 13-cü və 18-ci pillələrdə qərarlaşıblar.