Xəbərlər


Yunan-Roma güləşçilərimiz Fransada 4 medala sahib olublar

"Neftçi İdman Klubu”nun yetirmələri Fransanın Nitsa şəhərində keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə 4 medal qazanıblar. Pəhləvanlarımızdan 72 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni çəkidə çıxış edən Sənan Süleymanov və Orxan Nuriyev (97 kq) gümüş, Taleh Məmmədov (63 kq) isə bürünc medala layiq görülüb.