Xəbərlər


Güləşçilərimiz Yaşar Doğu xatirə turnirində iki medal qazanıblar

İstanbulda sərbəst və qadın güləşi üzrə Avropa, dünya və Olimpiya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 48-ci güləş turnirinə yekun vurulub. On beş ölkədən pəhləvanların çıxış etdiyi yarış İstanbul Bağçılar Qapalı İdman Salonunda təşkil olunub.

Ənənəvi yarışda "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirmələri iki medala sahib olublar. Sərbəst güləşçilərimizdən 61 kiloqram çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə turnirin gümüş medalına layiq görülüb. Xanım idmançılar arasında isə Türkan Nəsirova (50 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.