Xəbərlər


“Neftçi İdman Klubu” ilin ən yaxşı idman təşkilatı seçildi

 

"Neftçi İdman Klubu” İctimai Birliyi il ərzində qazandığı böyük uğurlara görə Gənclər və İdman Nazirliyi nərəfindən mükafata layiq görülüb. Belə ki, nazirliyin 2019-cu ilin idman yekunlarına dair keçirdiyi tədbirdə klubumuz "İlin ən yaxşı idman təşkilatı” nominasiyasının qalibi olub.

Qeyd edək ki, "İlin ən yaxşı idmançısı” nominasiyasında "Neftçi İdman Klubu” nun yetirmələrindən Hacı Əliyev (sərbəst güləş), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Rüstəm Orucov (cüdo), Elçin Əsədov (velosiped) və Aynur Məmmədova (parataekvondo) bu nominasiyanın qalibi olublar.