Xəbərlər


Taekvondoçularımızdan 13 medal

Abşeron Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub. Respublikamızda taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionatda bütün bölgələrdən olmaqla 760-a yaxın idmançı mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri yarışı 13 medalla ( 3 qızıl, 5 gümüş, 5 bürünc) başa vurublar. Taekvondoçularımızdan Ayxan Tağızadə (74 kq), Ramin Əzizov (87 kq) və Tülin Ələkbərova (55 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar.