Xəbərlər


İlin ən yaxşı idmançıları mükafatlandırılıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər. Müxtəlif nominasiyalar üzrə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıb.

"İlin ən yaxşı idmançısı” nominasiyasında "Neftçi İdman Klubu” nun yetirmələrindən Hacı Əliyev (sərbəst güləş), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Rüstəm Orucov (cüdo), Elçin Əsədov (velosiped), Aynur Məmmədova (parataekvondo) bu nominasiyanın qalibi olublar və mükafatlandırılıblar.