Xəbərlər

Klubumuzun cüdoçuları ölkə çempionatının komanda yarışlarında qalib olublar

Bu gün Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib. Qadınlar arasında 7, kişilərin yarışında isə 12 komanda medallar uğrunda mübarizə aparıb. Həlledici final görüşündə "Atilla” klubunu məğlub edən "Neftçi İdman Klubu”nun qadın cüdoçuları çempionatın qızıl medallarına sahib olublar. "Atilla” gümüş, "Məhsul” İK və "Judo 2012” komandaları isə bürünc medal qazanıblar. Kişilər arasında təşkil olunan çempionatın finalında "Neftçi İdman Klubu” və "Judo 2012” komandaları üz-üzə gəlib. Bu qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılan klubumuzun yetirmələri Azərbaycan çempionu adına layiq görülüblər. "Judo 2012” gümüş, "Atilla” və "Dinamo” komandaları isə bürünc medallara sahib olublar.

Qalib və mükafatçı komandaların cüdoçularına kubok, medal və diplomlar təqdim olunub.

Klubumuzun cüdoçuları ölkə çempionatının komanda yarışlarında qalib olublarKlubumuzun cüdoçuları ölkə çempionatının komanda yarışlarında qalib olublarKlubumuzun cüdoçuları ölkə çempionatının komanda yarışlarında qalib olublar