Xəbərlər


Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar sona yetib

Bakı İdman Sarayında keçirilən kişi və qadın cüdoçuların Azərbaycan çempionatında fərdi yarışlar başa çatıb.

Fərdi yarışların ikinci, sonuncu günü "Neftçi İdman Klubu”nun təmsilçiləri daha 10 medal (3 qızıl, 2 gümüş, 5 bürünc) əldə ediblər. Cüdoçularımızdan 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov, Aslan Mirzəyev (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) əzm nümayiş etdirərək çempionatın qalibi adını qazanıblar.

Beləliklə, klubumuzun yetirmələri ümumilikdə 15 medala (6 qızıl, 2 gümüş, 7 bürünc) sahib olublar.

Respublika çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub.

Medalların əyarına görə "Neftçi İdman Klubu” birinci yeri tutub. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq "Judo 2012” və "Atilla” klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.

Qeyd edək ki, dekabrın 26-da çempionata komanda yarışları ilə yekun vurulacaq.

Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar  sona yetibCüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar  sona yetibCüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar  sona yetib
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar  sona yetib
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar  sona yetib
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlar  sona yetib