Xəbərlər


Cüdo üzrə respublika çempionatına start verilib

Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib. 322 idmançının qatıldığı və üç gün davam edəcək yarışın ilk günündə kişilər arasında 60, 73, 90, qadınların yarışında isə 48, 57, 70 kiloqram çəki dərəcələri üzrə qaliblərin adına aydınlıq gəlib.

"Neftçi İdman Klubu”nun çempionatda mübarizə aparan yetirmələrindən Telman Vəliyev (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bütün rəqiblərini məğlub edərək çempionluq sevinci yaşayıblar. Aliumar Tumayev (90 kq) isə bürünc medala layiq görülüb.

Zərif cinsin nümayəndələri arasında İçinxorloo Munxtsedev (57 kq) qızıl medala sahib olub. Eyni çəki dərəcəsində çıxış edən Səkinə Zayirova isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Cüdo üzrə respublika çempionatına start verilibCüdo üzrə respublika çempionatına start verilib

Cüdo üzrə respublika çempionatına start verilib