Xəbərlər


Güləşçimiz Arif Niftullayev İrandan bürünc medalla dönür

İranda keçirilən yunan-Roma güləşi üzrə komandalararası dünya kuboku yarışına yekun vurulub.

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası mötəbər yarışda mübarizə aparıb və fəxri kürsünün üçüncü pilləsində yer alıb.

"Neftçi İdman Klubu”nun pəhləvanı, 97 kiloqram çəki dərəcəsində çıxış edən Arif Niftullayev də yığmamızın heyətində təmsil olunub və bürünc medala layiq görülüb.