Xəbərlər


Yeniyetmə cüdoçuların Bakı birinciliyi sona yetib

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən açıq Bakı birinciliyi sona yetib. Yarışda 54 klubdan 576 idmançı 9 çəki dərəcəsi üzrə mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri birinciliyin 11 medalına (2 qızıl, 3 gümüş, 6 bürünc) yiyələniblər. Yeniyetmə cüdoçularımızdan Aydan Vəliyeva (40 kq) və Xədicə Baxışlı (63 kq) məğlubiyyət tanımayaraq açıq Bakı birinciliyinin qalibi adını qazanıblar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Qeyd edək ki,yarışda fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak edəcəklər.