Xəbərlər


Kiçikyaşlı boksçularımız Bakı birinciliyində

Respublika Boks Mərkəzində açıq Bakı şəhər birinciliyi keçirilib. 2006-2007-ci illər təvəllüdlü boksçular arasında təşkil olunan yarışda 16 çəki dərəcəsi üzrə 180 idmançı medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri turnirdə 9 medal (5 qızıl, 2 gümüş, 2 bürünc) qazanıblar. Onlardan Ələkbər Zamanlı (37 kq), Əli İsayev (54 kq), Mikayıl İbrahimli (56 kq), Turqay Xəlili (72 kq) və Əhəd Novruzəliyev (76 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Ayxan Əliyev (65 kq) və Ruslan Bayramov (76 kq) gümüş, Ramazan Manasovla (54 kq) Ağayəddin Nəsirov (72 kq) isə bürünc medala layiq görülüblər.