Xəbərlər


“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə mini-futbol turniri keçirildi

 

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında mini-futbol turniri keçirildi. Yarış 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuşdu. Turnirdə 8 komanda mükafatlar uğrunda mübarizə aparırdı. "A” qrupunda Heydər Əliyev adına Neft Emalı Zavodu, "Bos Şelf” MMC, "Neftqaztikinti” Tresti, "Qaz İxrac” İdarəsi, "B” qrupunda isə Geofizika və Geologiya İdarəsi, "Azneft” İstehsalat Birliyi, Nəqliyyat İdarəsi və "Suraxanı Oyl” Əməliyyat Şirkətinin komandaları təmsil olunurdu.

Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda "Azneft” və "Bos Şelf” komandaları finala vəsiqə qazandılar. Həlledici görüşdə rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradan "Bos Şelf” komandası mini-futbol turnirinin qalibi oldu. "Azneft” İstehsalat Birliyi 2-ci, "Qaz İxrac” İdarəsinin komandası isə 3-cü yerə çıxdı.

Klubumuz tərəfindən "ən yaxşı oyuncu”, "ən məhsuldar oyunçu” və "ən yaxşı qapıçı” nominasiyaları üzrə mükafatlar da təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Şamxal Məlikov ("Bos Şelf” MMC), Orxan Namazov ("Qaz İxrac” İdarəsi) və Bəxtiyar Muradov ("Azneft” İstehsalat Birliyi) layiq görüldülər.

Birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar "Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.

“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə mini-futbol turniri keçirildi“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə mini-futbol turniri keçirildi