Xəbərlər


İrina Kindzerska da “Masters” turnirində medal qazandı

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə "Masters” turnirinə yekun vurulub. Mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycan turnirdə 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan cüdoçusu İrina Kindzerska (+78 kq) yarışda Fransa, Çin, Braziliya və Cənubi Koreya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə hollandiyalı Tessi Savelkouls ilə görüşdən məğlub ayrılan idmançımız gümüş medala layiq görülüb.

Xatırladaq ki, yarışın ikinci günündə klubumuzun digər yetirməsi Rüstəm Orucov (73 kq) bürünc medal qazanmışdı.