Xəbərlər


Rüstəm Orucov “Masters” turnirində bürünc medala layiq görülüb

"Neftçi İdman Klubu”nun təmsilçisi Rüstəm Orucov (73 kq) Çinin Tsindao şəhərində keçirilən cüdo üzrə "Masters” turnirində bürünc medala sahib olub. Cüdoçumuz özbəkistanlı Xikmatilox Turayevə qalib gəlsə də, dörddəbir finalda israilli Butbur Tohara məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız əvvəlcə kanadalı Arthur Margelidonu mübarizədən kənarlaşdırıb. Cüdoçumuz bürünc medal uğrunda görüşdə Kosovo təmsilçisi Akil Cakovla qarşlaşmalı olsa da, rəqibi zədə üzündən yarışa qatılmadığı üçün Rüstəm Orucov qalib elan edilib.

Qeyd edək ki, dekabrın 14-dək davam edəcəkyarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır.