Xəbərlər


Hərbçilərin Dünya Oyunları davam edir

Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Dünya Oyunları davam edir.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış atletləri indiyədək bu oyunların 4 medalına yiyələniblər. Cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq) yarışın bürünc medallarına layiq görülüblər. Sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (65 kq) də eyni uğura imza atıb.

Qeyd edək ki, Dünya Oyunlarında 248 medal dəsti uğrunda 56 ölkədən 4292 hərbçi mübarizə aparır.