Xəbərlər


Güləşçimiz Hacı Əliyev ALROSA kuboku yarışının qalibi olub

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.
"Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev (65 kq) iki gün davam edən ənənəvi yarışda əzmlə mübarizə apararaq qızıl medal qazanıb. İdmançımız I Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Hacı Əliyev həlledici görüşdə son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. O, son saniyələrdə icra etdiyi uğurlu fəndlə rəqibi üzərində 5:4 hesablı qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.