Xəbərlər


Güllə atıcımız Ruslan Lunyovdan daha bir medal

"Neftçi İdman Klubu”nun yetirməsi Ruslan Lunyov Tbilisi açıq çempionatında mübarizə aparıb. Yarışda 571 xal toplayan güllə atıcımız açıq paytaxt çempionatının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, bugünlərdə Tbilisidə Şota Kveliaşvilinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə beynəlxalq turnirdə Ruslan Lunyov 580 xalla qızıl medala sahib olmuşdu.