Xəbərlər


Cüdoçumuz Elmar Qasımov Yaponiyadan gümüş medalla dönür

Yaponiyanın Osaka şəhərində keçirilən cüdo üzrə beynəlxalq "Böyük dəbilqə” turniri sona yetib. Yarışda 86 ölkədən 481 idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nu yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Elmar Qasımov mötəbər turnirdə böyük uğura imza atıb. Kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçuları üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə yaponiyalı Haqa Ryunosukeyə məğlub olan Elmar Qasımov Osaka "Böyük dəbilqə”sinin gümüş medalına sahib olub.

Cüdoçumuz Elmar Qasımov Yaponiyadan gümüş medalla dönürCüdoçumuz Elmar Qasımov Yaponiyadan gümüş medalla dönürCüdoçumuz Elmar Qasımov Yaponiyadan gümüş medalla dönür