Xəbərlər


Yeniyetmə boksçularımızdan 12 medal

Yeniyetmə boksçuların Bakı birinciliyinə yekun vurulub. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə 140 idmançı medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri 4-ü qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla paytaxt birinciliyinin 12 medalına yiyələniblər. Təmsilçilərimizdən 46 kiloqram çəkidə çıxış edən Nihad Qurbanlı, Tural Sarıyev (50 kq), Səid Abdullayev (54 kq) və Rəmiş Cəfərov (80 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.